Ru
22:11 / 18 Avqust 2026

Fransada dövlət sistemlərini SÜNİ İNTELLEKT QORUYACAQ

Fransada dövlət sistemlərini SÜNİ İNTELLEKT QORUYACAQ
Eye

Fransanın Büdcə Nazirliyi ölkənin vergi agentliyinə edilən genişmiqyaslı haker hücumundan sonra dövlət idarələrinin kibertəhlükəsizlik sistemlərindəki zəiflikləri aşkar etmək üçün süni intellekt alətlərindən istifadə edəcək.

"Bakupost" Ölkə.az-a istinadla xəbər verir ki, bu barədə Fransanın büdcə naziri David Amiel bildirib.

Onun sözlərinə görə, süni intellekt dövlət sistemlərinin təhlükəsizliyini sınaqdan keçirmək üçün tətbiq ediləcək.

Qeyd edilib ki, Fransanın İqtisadiyyat və Maliyyə Nazirliyinin ötən həftə məlumat verdiyi kiberhücum nəticəsində təxminən 700 min vergi ödəyicisinin məlumatları oğurlanıb.

Fransanın vergi idarəsinin rəhbəri Ameli Verdye həmçinin bazar ertəsi aşkar edilmiş və araşdırılması davam edən yeni məlumat sızıntısı barədə də bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar