Ru
17:40 / 03 Sentyabr 2025

Fransızlar artıq Makrona etibar etmir

Fransızlar artıq Makrona etibar etmir
Eye

Fransa əhalisinin cəmi 15 %-i ölkə Prezidenti Emmanuel Makrona etibar edir.

Bakupost.az-ın "Le Figaro" qəzetinə istinadən verdiyi məlumata görə, bunlar "Verian"ın sorğusunun nəticələridir.

Bu məlumatlara görə, Makronun populyarlıq səviyyəsi onun prezidentlik müddətində ən aşağı həddə çatıb.

Sorğuya görə, fransızların 80 %-i Makrona etibar etmir. Qalan 5 % cavab verməkdə çətinlik çəkib.

Ölkənin Baş naziri Fransua Bayruya etimad səviyyəsi 14 %-ə düşüb. Bu da onun vəzifəyə başladığı vaxtdan ən aşağı göstəricidir. Bununla yanaşı, əhalinin 82 %-i Bayruya etibar etmir, 4 %-i cavab verməkdən çəkinib.

Respondentlərin cəmi 3 %-i ölkədəki vəziyyətin yaxşılaşacağına inanır, 81 %-i isə hesab edir ki, vəziyyət pisləşəcək.

Sorğu 31 avqust - 2 sentyabr tarixlərində 1 min fransız arasında keçirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar