Ru
22:43 / 20 May 2019

Fuad Abbasovu qəddarcasına döyüblər - VİDEO

3804
Rusiyada
yaşayan jurnalist Fuad Abbasovla bağlı vəziyyət gərginləşib.

 

BakuPost.az xəbər
verir ki, bu barədə musavat.com-a onun vəkili Elman Paşayev məlumat verib.

 

 

Vəkilin
sözlərinə görə, bu gün təcridxanada saxlanılan jurnalistlə görüşüb.

 

 
F.Abbasov
vəkilinə bildirib ki, onu mayın 16-da çox ağır şəkildə, qəddarcasına döyüblər:
"O internetə qoyulan fotolar düzgündür. Fuad Abbasov mayın 16-da çox sərt şəkildə döyülüb.
Küçədə hüquq-mühafizə orqanı əməkdaşları onu qəddarcasına döyüb. Onlardan ikisi
jurnalisti döyüb, biri isə bu hadisənin video və fotosunu çəkib. O fotoların
internetdə yayılmasının əsas səbəbi isə sifarişçiyə "missiyanın” yerinə
yetirildiyini sübut etmək olub. Adətən sifariş verənlər sübut istəyirlər ki,
sifariş hansı formada yerinə yetirilib. Mən kriminalistəm, bu detalları
bilirəm. Məqsəd o olub ki, sifarişşçiyə çatdırsınlar ki, Fuad Abbasovu
sındırdıq”.  
E.Paşayev bildirib ki, döyəndən sonra F.Abbasovun
qoluna qandal geyindirilib. Müsahibimiz vəkillik fəaliyyəti boyunca belə bir
qanunsuzluqla qarşılaşmadığını dedi.

 

 

Onun sözlərinə görə, administrativ işlər üzrə heç
kimin qoluna qandal vurula bilməz: "Fuad Abbasova deyilməyib ki, bu addım niyə
atılır. Mayın 28-də Fuad Abbasov deportasiya edilməlidir. Amma ondan da tez ola
bilər. Onu öncə küçədə, daha sonra isə polis idarəsində döyüblər. Məqsəd o olub
ki, onu sındırsınlar və bunu yaysınlar”.

 

 
  Vəkilin sözlərinə görə, F.Abbasov sifarişçilərin
kimliyi ilə bağlı versiyalarını ona deyib. Rusiyada yaşayan həmyerlimiz hesab
edir ki, sifarişçi ya erməni lobbisi, ya da Rusiyada yaşayan Azərbaycan diaspor
təşkilatının rəhbəri Ağadadaş Kərimovdur: "Fuad deyir ki, polisə qəbul ediləndə
bədən xəsarətlərini göstərsə də, onu qeydə almırdılar. Məhkəmədə vəkilinin
gəlməsini tələb etsə də, buna məhəl qoyulmayıb. Hazırda saxlanma şəraiti və
yeri normaldır. İlk 2 gün heç kimlə əlaqə saxlamağa imkan verməyiblər. Amma bu
gün mən telefon verdim, bundan sonra axşam saat 7-dən 9-a qədər telefonla
danışa biləcək”.  
E.Paşayevin
fikrincə, F.Abbasovun deportasiyası üçün heç bir əsas, səbəb yoxdur.
Müsahibimiz həmyerlimizə qarşı törədilən qəddar əməliyyatda FCB-nin rolunun
olmasına inanmır: "Çünki FCB kimisə döyüb, əlini-qolunu qandallamaz. Sabah
tezdən hər tərəfə müraciət edəcəm. İlk olaraq istintaq komitəsinə müraciət
edəcəm ki, müvəkkilim qəddarcasına döyülüb. Azərbaycanın Rusiyadakı səfirliyi
də hadisə ilə bağlı məlumatlıdır. Onlara da müraciət edəcəm ki, bu olayla bağlı
müvafiq qurumlara müraciət etsinlər. Mən vəkillik fəaliyyətim boyunca belə
biabırçılıq görməmişəm. Azərbaycanın rəsmi səviyyədə buna reaksiya verməlidir”.

 

 

 

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər