Ru
19:45 / 17 Sentyabr 2025

Füzuli Azərbaycanın alternativ paytaxtı olur? – Mühüm addımlar...

Füzuli Azərbaycanın alternativ paytaxtı olur? – Mühüm addımlar...
Eye

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Selçuk Bayraktaroğlu və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanı Füzuli Beynəlxalq Hava Limanında qarşılaması, Şuşada onlarla görüşməsi “alternativ paytaxt” mövzusunu yenidən gündəmə gətirir.

Belə önəmli qonaqların qəbulunu Bakıda keçirmək, xüsusilə yeni dərs ilinin başladığı günlərdə və “Formula‑1” yarışlarının astanasında olduğumuz vaxtlarda şəhərin nəqliyyat sistemi və infrastrukturu baxımdan böyük tıxaca səbəb ola bilərdi. Məhz bu səbəbdən ən müvafiq seçim – yüksək səviyyəli rəsmi qarşılanmaların Qarabağda keçirilməsi — logistik və simvolik əhəmiyyət kəsb edir.

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli Azərbaycan hökumətinin Qarabağın bərpasına milyardlarla vəsait xərclədiyini və bu tendensiyanın davam etdiyini bildirib:

“Qarabağda quruculuq işlərinin mahiyyəti təsdiq edir ki, ölkənin bütün əraziləri paytaxt səviyyəsinə qədər gəlib çatsın. Buna görə də planlı şəkildə ağıllı yaşayış məntəqələri salınmaqda, torpaqlardan maksimum effektiv istifadə diqqətdə saxlanılmaqdadır.

Bərpa və quruculuq işlərinin sürətlənməsi üçün Azərbaycan xarici sərmayəni də cəlb edə bilər. İndiyədək bir neçə ölkə çox kiçik həcmdə yardımlar edib. Bu, tələb olunan ümumi yardımların miqyası ilə müqayisədə olduqca azdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar