Ru
15:57 / 02 Dekabr 2021

Gələn ildən maaşdan daha çox faiz tutulacaq

Gələn ildən maaşdan daha çox faiz tutulacaq
Eye

2022-ci ildən əmək haqqından icbari tibbi sığorta üçün tutulacaq məbləğ artırılacaq.

Bakupost.az xəbər verir ki, 2021-ci ildə 1 faiz olan icbari tibbi sığorta haqqı növbəti ildən 2 faizə çatdırılacaq.

2022-ci ildən minimum əmək haqqının 300 manata çatdırılacağı gözlənilir. Bu məbləğdə olan maaşlardan icbari tibbi sığortaya görə tutulma 6 manata yüksələcək.

Ümumi tutulacaq məbləğ isə 23,5 manat olacaq. Rəsmi maaşı 300 manat olan şəxslər hər ay 276,5 manat əldə edəcəklər. Tutulmaların 16 manatı "pensiya fondu”na ödənişə, 6 manatı icbari tibbi sığorta haqqına, 1,5 manatı işsizlikdən sığorta haqqına ayrılacaq.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar