Ru
13:07 / 13 Avqust 2020

Gənc könüllülər bilikləri ilə yarışdılar

Gənc könüllülər bilikləri ilə yarışdılar
Eye


12 Avqust Beynəlxalq Gənclər Gününə həsr olunmuş onlayn intellektual turnir keçirilib. Turnir "Könüllü DOST" proqramının könüllüləri və Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

"BakuPost" xəbər verir ki, 200-ə yaxın könüllü 31 komandada birləşərək biliklərini sınayıblar. İntellektual
yarışda Azərbaycan İdman Könüllülərini təmsil edən “SpartAİK” komandası turnirin qalibi olub. Dövlət Gömrük Komitəsini təmsil edən “Könüllü Gömrükçü2” komandası yarışı ikinci yerdə başa vurub. Gənc Könüllülər Hərəkatını təmsil edən “Kürmük” komandası isə üçüncü yerə layiq görülüb.

Qalib komandalar diplom və sertifikatla mükafatlandırılacaq.

Gənc könüllülər bilikləri ilə yarışdılar
Gənc könüllülər bilikləri ilə yarışdılar
Gənc könüllülər bilikləri ilə yarışdılar
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar