Bakıda musiqiçi dəm qazından zəhərlənərək ölüb.
Baskupost.az oxu.az -a istinadla xəbər verir ki, hadisə dünən axşam saat 20 radələrində paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib.
1993-cü il təvəllüdlü Bədəl Hüseynağa oğlu Əzimov Binə qəsəbəsindəki fərdi yaşayış evində dəm qazından boğularaq həyatını itirib.
B.Əzimov saz ifaçısı kimi tanınırdı.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır