Ru
12:22 / 21 Yanvar 2026

Rəşad İlyasovla bağlı qərar verildi - FOTO

Rəşad İlyasovla bağlı qərar verildi - FOTO
Eye

“JOY TOUR” və “JOY TRAVEL” şirkətlərinin 4 ay əvvəl həbs edilmiş təsisçisi Rəşad İlyasov ev dustaqlığına buraxılıb.


Bakupost.az Qafqazinfo -ya istinadla xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi belə qərar çıxarıb.

İclas günü həm prokurorun həbs müddətinin uzadılması ilə bağlı təqdimatına, həm də təqsirləndirilən şəxsin vəkili Ruzi Səmədovun müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətinə baxılıb.

Hakim vəkilin vəsatətini əsaslı sayaraq həbs müddətinin uzadılmasına zərurət olmadığını bəyan edib. Qərara əsasən, Rəşad İlyasov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. Şirkət rəhbəri məhkəmə zalında həbsdən azad edilib.

Qeyd edək ki, R.İlyasov müxtəlif xarici ölkələrə səyahət etmək üçün tur paketlərinin və aviabiletlərin alınması məqsədilə müəssisəyə müraciət edən bir neçə nəfəri aldatmaqda və pullarını ələ keçirməkdə ittiham olunur. Faktla bağlı Xətai Rayon Prokurorluğunda xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq maddələri ilə cinayət işi başlanılıb.

Hazırda şirkətin fəaliyyəti ilə bağlı ibtidai araşdırma davam edir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar