Oktyabrın 17-də gecə radələrində Ermənistan tərəfindən Gəncəyə raket atılması nəticəsində dağıntılar altında qalan uşaqların cansız bədənləri tapılıb.
“BakuPost” xəbər verir ki, bununla bağlı AzTV-nin Gəncədə axtarış aparılan yerdən yayımlanan reportaj zamanı məlumat verilib.
Bildirilib ki, bu gün saat 12 radələrində azyaşlı bacı və qardaş - Xəlilli Məryəm və Xəlilli Orxanın cəsədləri dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, erməni terroru nəticəsində dünən 6-sı kişi, 4-ü qadın, 3-ü azyaşlı olmaqla 13 nəfər həlak olub, 48 dinc sakin isə yaralanıb.