Gəncədə bıçaqlanma olub.
Bakupost.az "Unikal"a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki şəhər sakini sakini 2003-cü il təvəllüdlü İ.Məmmədov bıçaqlanma diaqnozu ilə, 2012-ci il təvəllüdü R.İsmayılova,1984-cü il təvəllüdlü S.Hüseynova, 1985-ci il təvəllüdlü A.İsmayılova döyülmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib.
Bıçaq xəsarəti alan İ.Məmmədova dərhal yardım edilib, hazırda vəziyyətinin kafi olduğu bildirilir.
Digər xəsarət alan 3 qadınlara da ilkin yardım edilib.
Məlumata görə, İ.Məmmədova qız qaçırmaq istəyən zaman ailələr arasında dava düşüb. Bu zaman 3 qadın da döyülüb.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 23 yaşlı Ə. İsmayılov saxlanılıb.
Araşdırmalar davam etdirilir.