Ru
23:23 / 31 İyul 2020

Göyçayda evi yanan şəxs ürək tutmasından vəfat etdi - VİDEO

Göyçayda evi yanan şəxs ürək tutmasından vəfat etdi  - VİDEO
Eye

Göyçayda yanğın hadisəsi baş verib.

Hadisə rayonun Ləkçıplaq kəndində şəxsi evdə qeydə alınıb.

Kənd sakini, 79 yaşlı Malikə Qarayevaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan birmərtəbəli ev anidən alovlanıb. Dərhal, baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev tamamilə yanaraq külə dönüb. Evinin yandığını görən sahibə Malikə Qarayeva qorxu və həyəcan keçirdiyi üçün ürək tutması səbəbindən dünyasını dəyişib.

Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. (Baku TV)


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar