Ru
09:24 / 13 Yanvar 2026

Göyçayda quldurluq edən şəxsdən narkotik vasitə aşkarlanıb - FOTO

Göyçayda quldurluq edən şəxsdən narkotik vasitə aşkarlanıb - FOTO
Eye

Göyçay rayonunda quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında mənzilə daxil olan naməlum şəxs kəsici alətlə ev sahibinə hədə-qorxu gələrək ondan pulların yerini deməsini tələb edib.


Bakupost.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı Fərid Qəribov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilərkən 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana da aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, təqsirləndirilən şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar