Ru
11:07 / 13 Yanvar 2026

Görünməmiş devalvasiya – İran rialı sıfıra düşdü

Görünməmiş devalvasiya – İran rialı sıfıra düşdü
Eye

İranın milli valyutası rialda tarixi çöküş baş verib.

Bakupost.az xəbər verir ki, uzun illərdir davam edən beynəlxalq sanksiyalar, yüksək inflyasiya və neft ixracına tətbiq olunan məhdudiyyətlər nəticəsində rialın dollar və avro qarşısında dəyəri faktiki olaraq “0,00” səviyyəsinə enib.

İqtisadi böhran ölkə daxilində sosial gərginliyi daha da artırıb. Rialın sürətlə dəyər itirməsi 2025-ci il dekabr 28-dən etibarən fasiləsiz davam edən etiraz aksiyalarını daha da alovlandırıb. Nümayişlər zamanı yüzlərlə insan həyatını itirib, minlərlə vətəndaş isə saxlanılıb.

Məlumatlara görə, valyutanın rekord səviyyədə ucuzlaşması ilə paralel olaraq inflyasiya sürətlə yüksəlib, ərzaq və əsas istehlak mallarının qiymətləri kəskin artıb. Yaşayış xərclərinin dözülməz həddə çatması əhalinin əsas narazılıq səbəblərindən birinə çevrilib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar