İranda davam edən etiraz aksiyaları zamanı yaralanan insanların görüntüləri sosial mediada yayılıb.
Bakupost.az xəbər verir ki, paylaşılan görüntülərdə təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı sərt və amansız zorakılıq tətbiq etdiyi görünür.
Son günlər etirazların genişlənməsi fonunda repressiv qüvvələrin dinc aksiyalara müdaxiləsi daha da intensivləşib. Sosial şəbəkələrdə yayılan görüntülərdə qadın və kişilərin qan içində yerə yıxıldığı, bəzilərinin isə hərəkətsiz vəziyyətdə qaldığı əks olunub.
Məlumata görə, yaralananların bir hissəsi tibbi yardım ala bilmir, çünki repressiv qüvvələr xəstəxanalara nəzarəti gücləndirib. Bu vəziyyət İranda insan haqlarının kobud şəkildə pozulduğunu bir daha gündəmə gətirib.
Cavid, BakuPost