Ru
15:00 / 26 May 2021

Göz yaşı axıdan qaya – Azərbaycanda möcüzə ziyarətgah - FOTOLAR

18291
Bu gün dünyanın elə bir ölkəsi, elə bir dini, elə bir xalqı yoxdur ki, onun əfsanə və rəvayətləri, xüsusi inancları olmasın... Ölkəmizdə də əfsanəvi və xüsusi inanclı yerlər çoxdur. Bu yerlərdən biri Tovuz və Gədəbəy rayonları arasında, dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən Haçaqaya dağıdır. İnzibati ərazi baxımından Tovuz rayonuna aid edilsə də, buraya asan yol Gədəbəydəndir, bu səbəblə də daha çox gədəbəylilərin ziyarət etdiyi bu dağ haqqında xeyli əfsanələr yayılıb, inanclı insanlar hər fürsət düşdüyündə buranı ziyarət edib, qurban kəsir, dualar edir...

Əfsanəyə görə, qayanı Həzrəti Əli qılıncı ilə parçalayıb, daha sonra burada namaz qılıb və Allaha dua edib. O vaxtdan yerin adı Haçaqaya qalıb, yəni iki yerə parçalanmış dağ.

Adla bağlı ən geniş yayılmış əfsanə belədir:

“Bir gün Həzrəti Əliyə xəbər çatır ki, Tovuz – Qazax ellərində, Salsal adında bir pəhləvan müsəlman camaata zülm edir. Əli atı Düldülə minir. İndiki Haçaqaya dağlarında Salsal pəhləvanla üz – üzə gəlir. Qılıncı ilə pəhləvana zərbə endirir. Amma qılınc Salsalı kəsmir. Hz. Əli hirslənərək qılıncı dağa çırpır. Dağ iki yerə paralanır. O, əllərini göyə qaldırıb: “İlahi, bu nə möcüzədir?” deyə soruşur. Göydən səs gəlir ki, o, 124 min peyğəmbərin adı yazılmış libas geyinib. Ona görə qılınc onu kəsmədi. Belə olan halda Əli Salsalını başının üstünə qaldırıb Zəyəm çayına tullayır və həmin yerdə namaz qılır”.

Buraya ziyarətə gələnlər həmin qayanı qırar, bərəkət, ruzi olsun – deyə evlərinə apararlar.

Camaatın Allaha dua etmək üçün üz tutduğu məkandır. Qayanın üstünə çıxıb, ordan yarığın içinə də girmək 400 pilləlik xüsusi dəmir pilləkənlər vasitəsilə mümkündür. Haçaqayanın içərisinə daxil olanı vahimə basır. Qayaların arasında adam özünü qarışqa kimi hiss edir. Sanki divarlar indi üstünə uçacaq. Qaya divarlarının arasından yay – qış həmişə su damcılayır. Ziyarətçilərin çoxu bu damcıları qılıncın zərbəsindən ağlamağa başlayan qayanın gözyaşı olduğuna inanırlar. Bu ziyarəti tamamlamaq xeyli çətin, amma olduqca maraqlıdır. Ziyarət sonrası hər bir insan fiziki və ruhani rahatlıq hiss edir...

Azər Kazımlı
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər