Son vaxtlar sosial şəbəkələrdə yeni trendlər arasında gözə bal damızdırmaq və bunun görmə qabiliyyətini artırması ilə bağlı müzakirələr diqqəti cəlb edir.
Sosial media istifadəçiləri Jimerito balının gözlərdən bəlğəmi təmizləyərək görmə problemini həll etdiyini iddia edirlər.
Bəs, həkimlər bu barədə nə düşünr? Bu nə dərəcədə effektiv müalicə üsuludur? Gözə bal damızdırmaq hansısa fəsadlara yol aça bilərmi?
Bakupost.az -ın suallarını oftalmoloq Paşa Qəlbinur cavablandırıb.
O, minlərlə göz xəstəliyinin olduğunu diqqətə çatıdır:
“Gözün minlərlə xəstəliyi var və o xəstəlikdən yalnız 2-3-nə bal damızdırmağın xeyri ola bilər. Əgər özfəaliyyət kimi, həkimdən soruşmadan damızdırılsa. Ancaq bal gözdə olan digər xəstəlikləri gücləndirə bilər. Ona görə də balı özbaşına gözə damızdırmaq olmaz. Yəni mütləq həkim tövsiyəsi olmalıdır”.
Vasif Əlihüseyn
BakuPost