Ru
21:53 / 09 May 2021

Güclü külək Gəncədə fəsadlar törətdi - FOTO-VİDEO

1408
Qeyri-sabit hava şəraiti Azərbaycanın qərb bölgəsində bir sıra fəsadlar törədib.

Bakupost.az report-a istinadən xəbər verir ki, güclü külək nəticəsində Gəncə şəhərində bir neçə ağac aşıb. Şəhərin bəzi yerlərində elektrik enerjisinin verilməsi dayandırılıb.

Eyni zamanda bir neçə fərdi evin dam örtüyü zərər görüb, bəzi yaşayış massivlərinə qazın verilməsi dayandırılıb.

Qazax rayonunda dolu və güclü yağış yağıb. Nəticədə meyvə ağaclarına və əkin sahələrinə qismən ziyan dəyib. Analoji vəziyyət Daşkəsən, Gədəbəy və Göygöl rayonunda da müşahidə olunur.

Hazırda bölgədə küləkli və yağıntılı hava şəraiti davam edir.

Güclü külək Gəncədə fəsadlar törətdi -  FOTO-VİDEO
Güclü külək Gəncədə fəsadlar törətdi -  FOTO-VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər