Ru
12:44 / 18 Noyabr 2020

Yığma komandamızın məşqçisi vəfat etdi

1093
Azərbaycan güləş ictimaiyyəti itki ilə üzləşib.

"BakuPost"un məlumatına görə, yeniyetmə və gənc qızlardan ibarət millinin məşqçisi İsaməddin Hüseynov uzun sürən xəstəlikdən sonra 46 yaşında dünyasını dəyişib.

Sərbəst güləşçi kimi gənclər arasında MDB çempionu, eləcə də Azərbaycan çempionatının qalibi, xüsusən, qadın güləşinin inkişafında pay sahibi olan İ.Hüseynov uzun illər qızlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərib.

Azərbaycan Güləş Federasiyasının rəhbərliyi, məşqçilər, idmançı heyəti mərhumun yaxınlarına və bütün güləş ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

Allah rəhmət eləsin!






Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər