Ru
09:22 / 23 Yanvar 2026

Gümüş və platində rekord bahalaşma – Bütün zamanların ən yüksəyi

Gümüş və platində rekord bahalaşma – Bütün zamanların ən yüksəyi
Eye

Qlobal əmtəə bazarlarında qiymətli metallarda kəskin bahalaşma müşahidə olunur. Gümüşün unsiya qiyməti rekord səviyyəyə – 99,20, platinin isə bütün zamanların ən yüksək həddi olan 2 684 dollara yüksəlib.

Bazar analitikləri bildirib ki, ABŞ-a və onun aktivlərinə inam ciddi şəkildə sarsılıb və bu proses uzunmüddətli ola bilər:

“ABŞ-a və aktivlərinə olan etimad zəifləyib bu qalıcı ola bilər. Bu isə kapitalın qiymətli metallara yönəlməsinə səbəb olur. Ona görə də bazarlarda böhran ufadəsi tez-tez səslənir və bunun şişirdildiyini düşünmürəm”.

Digər tərəfdən, investorların ABŞ Prezidenti Donald Trampın Avropa Birliyinə qarşı yeni gömrük rüsumları ilə bağlı təhdidlərindən narahat olması fonunda “Wall Street”in əsas indeksləri həftənin əvvəlində kəskin satış dalğası ilə üzləşsə də, sonradan qismən toparlanıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar