Ru
11:32 / 27 Fevral 2020

Gürcüstanda 4 Azərbaycan vətəndaşı karantinə alındı

1542
Ötən gecə Tbilisidə İnfeksion Xəstəliklər Xəstəxanasına daha 10 nəfər yerləşdirilib.

Bu barədə Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze məlumat verib.


Nazir bildirib ki, həmin şəxslərdən 5-i İtaliyadan qayıdıb, onlardan 1-i İtaliya, digərləri Gürcüstan vətəndaşlarıdır.

Digər beş nəfər isə İrandan qayıdıb. Onlardan 1-i Gürcüstan, 4-ü isə Azərbaycan vətəndaşıdır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər