Gürcüstanda “oğru dünyası” ilə əlaqəli 34 nəfər saxlanılıb.
Bakupost.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Məlumata əsasən, saxlanılan şəxslərdən biri Laqodexi rayonunun Qabal kənd sakini 1973-cü il təvəllüdlü Mirzə Əliyev olub. Məhkəmə qərarı əsasında Əliyevin həbsi ilə bağlı aparılan əməliyyat zamanı o, xüsusi bölmənin əməkdaşlarına intensiv atəş açıb və nəticədə bir nəfər xüsusi təyinatlı sinəsindən ağır yara alıb.
Cavab atəşi nəticəsində Mirzə Əliyev yerindəcə zərərsizləşdirilib.