Ru
16:31 / 01 Mart 2021

Gürcüstanda partlayış: azərbaycanlı öldü - FOTO

Gürcüstanda partlayış: azərbaycanlı öldü -  FOTO
Eye

Gürcüstanın Qardabani rayonunda məktəb yaxınlığında partlayış baş verib.

Bakupost.az “Report”a istinadən xəbər verir ki, hadisə zamanı 11 və 15 yaşlarında olan iki azərbaycanlı qardaş xəsarətlər alıb.

15 yaşlı uşaq xəstəxanaya çatdırılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Partlayışın dəqiq səbəbi məlum olmasa da, uşaqların məktəbdən evə gedərkən yolda naməlum əşya tapdıqları və məhz həmin əşyanın partlayış yaratdığı bildirilir.

Hadisə yerinə ekspert-kriminalistlər cəlb olunub.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar