Ru
21:30 / 21 Aprel 2019

Gürcüstandakı aksiyada 30 nəfər yaralandı

2366
Gürcüstanın Axmeti rayon
bələdiyyəsinin ərazisində keçirilən etiraz aksiyasında baş vermiş qarşıdurmada
30-a yaxın insan xəsarət alıb.


 

BakuPost.az  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə
Gürcüstan Daxili İşlər Nazirliyində keçirilmiş brifinqdə məlumat verilib.


 

Bildirilib ki, polislə
aksiya iştirakçıları arasında baş vermiş qarşıdurmada 27 nəfər xəsarət alıb.
Onlardan 12-si yerli sakin, 15-i xüsusi təyinatlı polis əməkdaşıdır. Səkkiz
polis əməkdaşı xəstəxanaya yerləşdirilib.


 

Nazirik əhalini
sakitliyə və sabitliyi bərpa etməyə çağırıb. Qeyd olunub ki, hazırda hadisə
yerində polis avtomobili, az sayda polis əməkdaşı qalıb. Aksiya
iştirakçılarının bir hissəsi evlərinə gedib. Amma ərazidə gərginlik davam edir.
Qarşıdurma zamanı yandırılmış polis avtomobili və SES-in tikintisi üçün əraziyə
gətirilmiş ağır yük maşınları hələdə ərazidən çıxarılmayıb.


 

Məlumat üçün qeyd edək
ki, bu gün səhər saatlarında Gürcüstanın Axmeti rayon bələdiyyəsinin ərazisində
Alazan çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisinə etiraz əlaməti
olaraq Pankisi dərəsində etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları ilə
polis arasında qarşıdurma olub. Polis aksiyanı dağıtmaq üçün gözyaşardıcı
qazdan və rezin güllələrdən istifadə edib. Aksiya iştirakçıları polisə dəyənək,
küt alətlərlə xəsarət yetiriblər. Bəzi naməlum şəxslər polisə "molotov
kokteylləri” atıblar. Nəticədə bir neçə avtomobil yanıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər