Ru
09:17 / 14 Sentyabr 2020

Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə edilir

Gürcüstandan daha 350 nəfər Azərbaycana təxliyə edilir
Eye


Gürcüstandan daha 350 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir.

"BakuPost" xəbər verir ki, onların ötən gün koronavirusla bağlı verdikləri testlərin nəticəsi neqativ çıxıb.

Həmin şəxslərin 97-si Azərbaycan, 245-i Gürcüstan, 4-ü Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə və 1-i Ukrayna vətəndaşıdır.

Təxliyə olunanlar hazırda Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır. COVID-19 arayışı təqdim olunandan sonra onlar avtobuslarla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan Azərbaycana 2 mindən çox şəxs təxliyə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar