Ru
09:09 / 31 Avqust 2019

Hacıqabulda ağır yol qəzası - Sürücü qəza yerində öldü

Hacıqabulda ağır yol qəzası -  Sürücü qəza yerində öldü
Eye

Hacıqabul rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.



Hadisə Hacıqabul şəhərinin girişində qeydə alınıb.



Belə ki, "VAZ 2107" markalı minik maşını əvvəlcə "KamAZ" markalı yük maşınına, daha sonra isə yaxınlıqdakı bağçanın hasarına çırpılıb. Nəticədə avtomobilin sürücüsü və bir sərnişin dünyasını dəyişib. Hadisənin yüksək sürət səbəbindən baş verdiyi deyilir.



Avtoqəza ilə əlaqədar istintaq araşdırmalarına başlanılıb və qəza nəticəsində ölənlərdən birinin şəxsiyyəti də müəyyən edilib.



Bu, "VAZ 2107" markalı avtomobili idarə edən 1988-ci il təvəllüdlü Qanbayev Anar Fərrux oğludur.



O qəza nəticəsində yerindəcə keçinib.

 







(apa)

Hacıqabulda ağır yol qəzası -  Sürücü qəza yerində öldü
Hacıqabulda ağır yol qəzası -  Sürücü qəza yerində öldü
Hacıqabulda ağır yol qəzası -  Sürücü qəza yerində öldü
Hacıqabulda ağır yol qəzası -  Sürücü qəza yerində öldü
Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar