Ru
20:04 / 23 May 2019

Hakimlər Bakıdakı Avropa Liqasına yeni formada çıxacaqlar

3214
UEFA
İtaliyanın "Macron" şirkəti ilə 3 illik müqavilə imzalayıb.

 

BakuPost.az xəbər verir ki,
tədbir UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub. Sözləşməyə
əsasən, şirkət 2023-cü ilə qədər qitə turnirlərində hakimləri forma ilə təmin
edəcək.   Yeni
formalardan ilk dəfə Bakıda keçiriləcək Avropa Liqasının finalında istifadə
olunacaq. Hakimlər İspaniyanın paytaxtı Madriddəki Vanda Metropolitano
stadionundakı Çempionlar Liqasının finalında da yeni formalar geyinəcəklər.   "Macron"
UEFA hakimləri üçün formalar hazırlayan ilk İtaliya şirkəti olub.   Qeyd
edək ki, İngiltərənin "Çelsi" və "Arsenal" komandaları
arasındakı final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Həlledici oyunu idarə etmək italiyalı FIFA referisi Canluka Rokkinin rəhbərlik
etdiyi hakimlər briqadasına tapşırılıb.   Çempionlar
Liqasının Finalında isə İngiltərənin "Liverpul" və
"Tottenhem" komandaları iyunun 1-də üz-üzə gələcəklər. Bu qarşılaşma
sloveniyalı Damir Skominaya həvalə olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər