Ru
00:58 / 08 Sentyabr 2019

Həbib Nurməhəmmədov amerikalı rəqibinə qalib gəldi - FOTO, VİDEO

Həbib Nurməhəmmədov amerikalı rəqibinə qalib gəldi -  FOTO, VİDEO
Eye

Birləşmiş Ərəb Əmirliklərinin paytaxı Abu-Dabidə qarışıq döyüş növləri üzrə UFC-242 gecəsi keçirilib.

BakuPost-un
məlumatına görə, gecənin əsas döyüşündə yüngül çəki dərəcəsində dünya çempionu kəmərinin sahibi müəyyənləşib.

Abu-Dabidəki qarşılaşmaya qədər bu çəki dərəcəsində çempion adını daşıyan iki döyüşçü üz-üzə gəlib.
2018-ci ilin aprelində UFC-nin kəmərinə yiyələnən rusiyalı Həbib Nurməhəmmədov eyni adı bu ilin aprelində qazanan Dastin Porye ilə qüvvəsini sınayıb.

Bunadək keçirdiyi 27 döyüşün hamısında qalib gələn rusiyalı 3-cü raundda boğucu fəndlə qələbə qazanıb. O, amerikalı rəqibini keçici kəmərdən məhrum edərək ardıcıl 28-ci qələbəsini bayram edib.

Qeyd edək ki, H.Nurməhəmmədov bu döyüş üçün 6 milyon dollardan çox qonorar alacaq. Bunu onun atası Abdulmanap Nurməhəmmədov açıqlayıb.

O döyüşdən öncə bildirib ki, oğlu 2 milyon dollar əldə etdiyi irlandiyalı Konor Makqreqorla döyüşdən 3-3,5 dəfə çox qazanacaq.





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar