Ru
14:54 / 09 Dekabr 2019

Həbsdə olan sabiq baş həkim apelyasiya şikayəti verdi

1990
Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının həbsdə olan sabiq baş həkimi Kosayev Tacəddin Vahid oğlu barəsindəki hökmdən apelyasiya şikayəti verib.

BakuPost.az-ın məlumatına görə, apelyasiya şikayəti hazırda Şəki Apelyasiya Məhkəməsində hakim İmamverdi Şükürovun icraatına baxılır.

Məhkəmənin baxış iclası dekabrın 12-ə təyin edilib.

Qeyd edək ki, T. Kosayev Cinayət Məcəlləsinin 178.2.2-ci (dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub.

Cinayət işi üzrə 5 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Mingəçevir şəhər Məhkəməsində hakim Ələkbər Hüseynovun sədrliyi ilə keçirilən prosesdə T. Kosayev 2 il azadlıqdan məhrum edilib.

Onu da qeyd edək ki, T. Kocayev uzun müddət Mingəçevir Təxirəsalınmaz və Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər