Ru
16:08 / 10 Dekabr 2025

Həbsxanadan film kimi qaçış – “Dron”la göndərilən alətlə barmaqlıqları kəsdilər

Həbsxanadan film kimi qaçış – “Dron”la göndərilən alətlə barmaqlıqları kəsdilər
Eye

Fransanın Dijon şəhərində yerləşən həbsxanada iki məhkum “dron” vasitəsilə içəri ötürüldüyü ehtimal edilən kəsici alətlə barmaqlıqları kəsərək qaçmağı bacarıb.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, Burqonya bölgəsindəki Dijon həbsxanasında gecə saatlarında baş verən qaçış sanki film səhnələrini xatırladıb. İlkin araşdırmalar məhkumların “dron”la göndərilən kəsici alətlərlə barmaqlıqları kəsdiyini və iz buraxmadan qaçdıqlarını göstərir.

Qaçanların 19 və 32 yaşında olduğu bildirilir. Məhkumlardan gənc yaşda olanının adam öldürməyə cəhd və cinayətə təhrik, digərinin isə həyat yoldaşına qarşı şiddət ittihamları həbs edildiyi bildirilib. Onların təhlükəsizlik kameralarının olmadığı ərazidən keçərək qaçdığı deyilir.

"France 24" xəbər verir ki, qaçışdan sonra həbsxanada xidmət göstərən polislərdən biri saxlanılıb.

Fransa ictimaiyyəti uzun müddətdir Dijon Həbsxanasındakı təhlükəsizlik boşluqları barədə xəbərdarlıq edirdi.

“Aylarla xəbərdarlıq etdik, amma rəhbərlik real vəziyyəti görməzdən gəldi”, - deyə bu xəbərdarlıqda bildirilir.

Dijondakı hadisə Rennes-Vezin həbsxanasında bir məhkumun gəzinti zamanı qaçmasından az sonra baş verib. Bu qaçışdan sonra ölkənin daxili işlər və ədliyyə strukturlarına rəhbərlik edən Cerald Darmanin həbsxana rəisini vəzifədən azad etmişdi.

Fransanın Ədliyyə Nazirliyinin məlumatına görə, ölkədə həbsxanaların tutumu 62 min 509 nəfər olsa da, hazırda məhkumların sayı 85 mini keçib. Ümumi doluluq 135,9% təşkil edir, bəzi həbsxanalarda isə bu göstərici 200%-dən yuxarıdır.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar