Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan israilli girovun cəsədini çərşənbə günü Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.
Bakupost.az xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının Telegram kanalında yayılan bəyanatda deyilir.
Oktyabrın 9-da İsrail və HƏMAS Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ prezidenti Donald Trampın təqdim etdiyi sülh planının birinci mərhələsini həyata keçirmək barədə razılığa gəliblər. Trampın planına əsasən, Qəzzada atəşkəs oktyabrın 10-da qüvvəyə minib.
Oktyabrın 13-də HƏMAS sağ qalan 20 israilli girovu azad edib və dörd cəsəd təhvil verib.