Həyət evlərinin qarşısındakı boş sahələri şəxsi mülkiyyəti hesab edən sakinlər gözlənilməz cərimələrlə üzləşə bilərlər. Qapı ağzında gül əkmək və ya avtomobil saxlamaq üçün xüsusi yer ayırmaq hər zaman qanuni hesab olunmur.
Bakupost.az xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Demokrat.az-a bu məsələnin birbaşa mülkiyyət hüququ ilə bağlı olduğunu bildirib.
“Buraya mülkiyyət, digər əşya hüquqları, istifadə və icarə münasibətləri daxildir. Söhbət daşınmaz əmlakdan konkret olaraq ev və ona aid torpaq sahəsindən gedir. Əgər bu, həyət evidirsə, həmin vətəndaşın Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışında göstərilir ki, hansı sahə ona məxsusdur. Bundan əlavə sahə onun mülkiyyətində deyil. Bu halda, evin qarşısında yerləşən ərazi həmin şəxsin şəxsi mülkiyyəti hesab olunmur. Belə ərazilər ya dövlətin, ya da bələdiyyənin balansında olur. Vətəndaş həmin sahədən istifadə etmək istəyirsə, məsələn, avtomobil saxlamaq üçün, bu zaman müvafiq qurumla icarə müqaviləsi bağlamalıdır. Əslində bu, bütün sivil ölkələrdə tətbiq olunan normal praktikadır. Çünki sənə məxsus olmayan torpaq sahəsindən ödənişsiz və icazəsiz istifadə etmək hüquqi baxımdan düzgün deyil. Bu, ictimai ərazi sayılır. Azərbaycan qanunvericiliyinə görə də prinsip eynidir. Sadəcə praktikada bəzən belə hallara göz yumulur və insanlar “öz evimin qabağıdır” arqumenti ilə həmin ərazidən istifadə edirlər. Halbuki hüquqi baxımdan belə bir əsas yoxdur”.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özbaşına istifadə (yəni sənədsiz zəbt və ya icazəsiz istifadə) inzibati məsuliyyət yaradır. Fiziki şəxslər üçün cərimə adətən 300 manatdan 600 manatadək, vəzifəli şəxslər üçün 600 manatdan 1 000 manatadək, hüquqi şəxslər üçün isə daha yüksək məbləğlərdə tətbiq olunur. Bundan əlavə, qanunsuz istifadə olunan sahənin boşaldılması da tələb oluna bilər.
Yəni, vətəndaşlar bilməlidir ki, evlərinin qarşısındakı torpaq sahəsi onların çıxarışında (kupçasında) qeyd olunmayıbsa, orada hər hansı dəyişiklik etmək və ya ərazini hasarlamaq qanunsuzdur və ciddi pullu cəriməyə səbəb ola bilər.
Dəfələrlə rastlaşmışam belə hallarla. "Darvazamın qabağıdır burada maşın saxlama/dayanma/uşaq burada oynamasına və sair". Ay vətəndaşlar sizə deyillər ki qanun/qayda var. Darvazan var, demək maşını içəri sal, öz həyatınə. Ağac/gül əkmək istəyirsən öz həyətində ək, yada icazə al hökumət qurumundan. Məncə hər şey aydındır.
Bu milleti qoymun bawi acilsin,her weyi xarici dovletle muqayise edirsiz,ancaq maawlarini,uwaq pulunu hec dile getirmirsiz,vetendawa desteyi demirsiz.Siz tarixdə cox gözəl yaddaşlarda qalacaqsız.
Normal sivil olkelerin maas ve pensiya ve milletine etdiyi deyer paketlərinide nümunə götürün da
Bəli, Masazır, Can-Təpə ərazisində belə bir yer var , bu gecə 150 kv.m sahəni hasarlayəblar.
Bələdiyyəlere cərimə təyin etsinlər ki senetsiz evlər tikməyə icazə verəndə Tokların altındakı evlərə pul alıb icazə verdiylerine görə milləti aldatdiglarina görə Ancaq millətə cərimə fikirleşirsiz
Artiq bilmirsiz yeyib taladiginiz budceni nece doldurasiz Vallah
Məncə ölkədə cərimələr nazirliyi yaranmalıdır
Nağıllarin müəllifi olmur. Qanunlar dərc olunur
Bu nə qanunlardı? Mən öz qapımın ağzında gül əkməyə görə cərimə olunacam?
Mən öz qapımın ağzında maşın saxlamağa görə cərimə olunacam?
Mən başa düşmədim maşınımı harda saxlamalıyam? Gül əkməyin nə ziyanı var?
Belediyyeler ne vaxt bir ishle meshgul olacaqlar? Hech olmasa mehle ve kuchelerdeki yeri asfaltlasinlar, ondan sonra hansisa Inzibati Xeta Pozuntusun teleb etsinler.
BAŞA DÜŞDÜK. O ZAMAN QAPIMIN AĞZI YAĞIŞ YAĞANDA SU JLƏ DOLUR. BƏLƏDİYYƏ GƏLİB DÜZƏLTSİN. KÜÇƏYƏ GÜL ƏKƏ BİLMƏRƏMSƏ TƏMİR DƏ EDƏ BİLMİRƏM. BƏLƏDİYYƏYƏ RÜSUM ÖDƏYİRƏM JLK JŞJM ƏRUZƏ JLƏ MÜRACİƏT ETMƏK OLACAQ.
Gül əkəndə nəyi pisdir ki? Gözəllik yaradılır. Ağac əkəndə isə səsə, toza və gözlərin qabağını alır.