Ru
10:21 / 28 Aprel 2026

Rusiya Ermənistana qadağa qoydu

Rusiya Ermənistana qadağa qoydu
Eye

Rusiyanın dövlət markalama sistemi (“Честный знак”) Ermənistandan “Jermuk” mineral suyunun bir partiyasının onlayn və açıq satışını dayandırıb.

Bakupost.az Teleqraf-a istindən xəbər verir ki, bu barədə Rusiyanın Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktor müavini Revaz Yusupov məlumat verib.

Yusupovun sözlərinə görə, dövriyyədə təxminən 338 min butulka olub və yoxlama başa çatana qədər onlarn satışı bloklanıb. O qeyd edib ki, qərar “Rospotrebnadzor”un müraciəti əsasında, vətəndaşların sağlamlığına mümkün zərərin qarşısını almaq üçün görülüb.

Səbəb kimi məcburi tələblərin pozulması göstərilib.

Məhdudiyyətlər 17 fevral-5 mart 2026-cı il istehsal tarixli məhsullara şamil olunur.

“Yoxlama başa çatana qədər bu məhsul istehlakçılara çatdırılmayacaq”, - Yusupov bildirib.

Rusiyanın dövlət markalama sistemi 2024-cü ildə də “Jermuk” məhsullarının satışını dayandırmışdı. Həmin il Şimali Osetiyada zəhərlənmə hadisəsindən sonra (bir butulkada mineral su əvəzinə sirkə turşusu aşkar edilmişdi) təxminən 2,5 milyon butulka dövriyyədən çıxarılmışdı.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar