Ru
11:35 / 13 Oktyabr 2020

Hikmət Hacıyev olmasaydı... - Eldəniz Vəliyev yazır

3596

Hikmət Hacıyev indiki statusda olmasaydı da, ermənilər cəbhədə qrad oynadacaq, başımıza düşən "daş"a sevinəcək, AT kimi üzə duran, ƏT kimi süst beynəlxalq təşkilatların susquluğuna güləcəkdi. Amma həm də olmasaydı...

Çox qısa zamanın təyinatı uzun illərin mübarizəsində nə qədər uğurlu olduğunu cəmi bir neçə aya ortaya qoydu. Azərbaycanın məhz xarici siyasətində çox ciddi qüsurlar var idi.Və bu, haqlı olduğumuz halda haqsız görünməyimizi və ya ümumiyyətlə görünməməyimizi şərtlındirən əsas amillərdən biri idi. Mən PA-nın xarici siyasətini əlaqələndirən sabiq Novruz Məmmədovu hər zaman yaxşı adam kimi xatırlayacam. (ömrü uzun olsun). Amma sadəcə, yaxşı adam kimi...Həm də o Məmmədovu ki, ermənilərin ən istəkli hamisi- fransızların "ata" dilini öz ANA dili kimi yaxşı bilirdi. Amma görünür, dil çatdırmaq dil bilmək qədər asan deyilmiş. Bu dil başqa dilmiş...Fransız dili "SEVGİ" dili kimi xarakterizə olunsa da, bu dil 30 ildir ki, bir-birini sevən, balasını dünyanın bütün millətlərinin sevdiyindən daha çox sevən bu milləti - AZƏR BƏYİ CAN-slz, canından edir.

Demək ki, dil təkcə onu bilməkçün deyil, həm də anlaşmaq, bunu bacarmaq üçün vacibdir...Dil bilmək, yaxşı adam olmaq hər situasiyada yaxşı olmaq anlamına gəlmir. Adamlar yerində olanda daha yaxşı olurmuş. Ki, bu yaxşı daha yaxşı, daha uğurlu işlərə imza atır. Xüsusən, o imza hər gün düşməni sülhə imza atmağa məcburetmə işində öz rolunu oynayır, ölkənin Birinci şəxsinin -Ali Baş Komandanının VURAN SÖZÜ olur..!

Təkcə, Gəncəyə atılan raket mərmilərinin törətdiyi fəsadları, dünyanın gözünə öz telekanalları vasitəsi ilə soxan Hacıyevin hikməti, arqumentləri, informasiyanı çatdırma bacarığı kifayət edir ki, Prezidentimizin komanda etibarı ilə bu savaşda tək olmadığını rahat şəkildə deyə bilək. Axı, müharibə həm də komanda işidir. Axı, Ali Baş Komandana təkcə ZƏRBƏ vuran yox, həm də SÖZ vuran lazımdı...

Sözünüz Ali Baş Komandanın, ən əsası isə Baş Komandanımızın hər zaman arxalandığı XALQIN sözüdür, Cənab Hacıyev!!!



Eldəniz VƏLİYEV
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər