Hindistanın aktyor və müğənnisi Şan R. Qrover iki klipinin çəkilişlərini Azərbaycanda həyata keçirib.
Bakupost.az “Bollywood Bubble”a istinadən xəbər verir ki, “Saiyaara” filmindəki Maheş rolu ilə böyük şöhrət qazanan gənc istedad son zamanlar füsunkar təbiəti və rəngarəng mədəniyyəti ilə seçilən Azərbaycanda iki klipinin çəkilişlərini başa çatdırıb.
Çəkilişlər Azərbaycanın gözoxşayan məkanlarında aparılıb və bu zaman həm ölkənin gözəllikləri, həm də aktyorun tamamilə yeni obrazda təqdimatı əks olunub.
Hər iki klip yaxın günlərdə Hindistan televiziyalarında yayımlanacaq.
Cavid, BakuPost