Ru
12:00 / 02 Yanvar 2020

Hollandiya artıq rəsmən Niderland adlanır

Hollandiya artıq rəsmən Niderland adlanır
Eye

Hollandiya 2020-ci il yanvarın 1-dən rəsmi olaraq Niderland adlandırılmağa başlayıb.

“Adformatie” portalının xəbərinə görə, bundan sonra yerli hakimiyyət orqanları, özəl şirkətlər və ali məktəblər yalnız Niderland adından istifadə edəcəklər.


Qeyd edək ki, Niderland hökuməti ötən ilin oktyabr ayında Hollandiya adından imtina etmək barədə qərar verib. Hökuməti bu addımı atmağa vadar edən səbəb ölkənin obrazını yeniləməkdir.

Belə ki, hökumət hesab edir ki, Hollandiya adı turistlərdə narkotik və Amstredamın "Qırmızı fənər" məhəlləsi kimi assosiasiya olunur. Yanvarın 1-dən ölkənin yeni imici Niderland adı ətrafında formalaşdırılacaq. Niderland adı beynəlxalq tədbirlərdə, o cümlədən "Avrovision-2020" Mahnı Müsabiqəsində təbliğ olunacaq. Ölkənin futbol üzrə yığma komandası da Hollandiya adından imtina edəcək. Niderland rebrendinqi 2020-ci ildə Tokioda keçiriləcək olimpiyada oyunlarında təmsil edəcək idmançılara da şamil olunacaq.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar