Ru
09:13 / 21 May 2025

Ermənilər Lavrovla iranlı naziri səhv saldılar

Ermənilər Lavrovla iranlı naziri səhv saldılar
Eye

İrəvanın Zvartnots hava limanında İranın müdafiə naziri Əziz Nəsirzadənin kortejini Rusiyanın xarici işlər naziri Sergey Lavrovun nümayəndə heyəti ilə səhv salaraq ona qarşı "etiraz" aksiyası keçirilib.

Bakupost.az -ın məlumatına görə, bu barədə TASS xəbər yayıb.

Aksiya Ermənistanın "Respublika Naminə" partiyasının fəalları tərəfindən təşkil edilib.

İran müdafiə nazirinin korteji keçərkən anti-Rusiya fəalları aksiyaya başlayıb. Yerli KİV-lərdə nümayişin videosu "Lavrov İrəvanda etirazla qarşılanıb" yazısı ilə yayımlanıb. Məlumata görə, bu vaxt Lavrov hələ Ermənistanın paytaxtına hələ gəlməyibmiş.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar