Ru
11:11 / 21 May 2025

18 yaşı tamam olmayan anaların sayı açıqlandı - Qorxulu rəqəm...

18 yaşı tamam olmayan anaların sayı açıqlandı - Qorxulu rəqəm...
Eye

2024-cü ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 1279 nəfər olub.

Bakupost.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında öz əksini tapıb.

Bildirilib ki, 2023-cü illə müqayisədə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 463 nəfər azalaraq 1742-dən 1279-a düşüb.

Ölkənin iqtisadi rayonları üzrə 18 yaşadək analar tərəfindən doğulan uşaqların say cədvəlindən görünür ki, erkən nikah halları üzrə ən az göstərici Şərqi Zəngəzur iqtisadi rayonu və Abşeron-Xızı iqtisadi rayonunda, ən çox göstərici isə Mərkəzi Aran iqtisadi rayonu və Qarabağ iqtisadi rayonunda olub.

Respublikanın 14 iqtisadi rayonu üzrə 2024-ci ildə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 185 (2023-cü ildə 249) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.

Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 64 (nikah) azalma var.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar