Ru
11:04 / 21 May 2025

Süni intellektin əsasını Lütfi Zadə qoyub - Rafiq Əliyev faktları açıqladı

Süni intellektin əsasını Lütfi Zadə qoyub -  Rafiq Əliyev faktları açıqladı
Eye

“Yaradıcı Tanrıdır. O yaradıb. Bu, bir aksiomdur. O ki qaldı insanın öz əli ilə yaratdığı süni intellektə – gəlin bir şeyi qəbul edək: süni intellekt insanı tam əvəz edə bilməz.

Bakupost.az xəbər verir ki, bu sözləri alim, akademik Lütfi Zadənin yetirməsi olan professor Rafiq Əliyev “Süni intellektin emosiyaları” mövzusuna həsr olunmuş görüşdə deyib.

O bildirib ki, heç bir robot, heç bir süni zəka həqiqi bir cərrahı, bacarıqlı bir həkimi əvəz edə bilməz.

"Məsələn, süni intellektin yazdığı bir şeir var. Sadə, heç bir ruhu olmayan cızma-qaraya bənzəyirdi. Ruh yoxdur – və bu çox önəmlidir.

Bəli, gələcəkdə süni intellekt bizdən yüz dəfə daha ağıllı qərarlar çıxara bilər. Ancaq unutmamalıyıq ki, son qərarı yenə də insan verəcək. Çünki yaradıcı olan insandır".

Rafiq Əliyev qeyd edib ki, süni intellektin əsasını Lütfi Zadə qoyub.

"Elm aləmində, akademik ədəbiyyatda süni intellektlə bağlı böyük bir səhv var. Siz Vikipediyaya girib baxsanız, orada yazılıb ki, süni intellekt 1956-cı ildə Makkarti adlı bir professor tərəfindən yaradılıb. Bu, 99.9% hallarda səhvdir.

1950-ci ildə Lütfizadənin bir məqaləsi çap olunub – "Düşünən maşınlar". Bunu o yazıb. Əsasını qoyan da Lütfi Zadədir, Makkarti deyil.

Bu gün qlobal süni intellektin tərifi belədir: qlobal süni intellekt bərabərdir – düşünən maşınlar. Bəs bu “düşünən maşınlar” terminini kim yazıb? Lütfizadə", - deyə Rafiq Əliyev vurğulayıb.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar