Ru
23:42 / 19 Yanvar 2026

Rəsmi Bakı Pakistana başsağlığı verdi

Rəsmi Bakı Pakistana başsağlığı verdi
Eye

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.

Bakupost.az xəbər verir ki, başsağlığıda bildirilir: "Pakistanın Karaçi şəhərində yerləşən bir ticarət mərkəzində baş vermiş və günahsız insanların həyatını itirməsi və xəsarət alması ilə nəticələnmiş faciəvi yanğın hadisəsi bizi dərin kədərləndirir. Həlak olanların ailələrinə, qardaş Pakistan xalqına və Pakistan Hökumətinə dərin hüznlə başsağlığı veririk. Yaralılara tezliklə şəfa diləyir, bu çətin dövrdə Pakistanla həmrəy olduğumuzu bildiririk".

Xatırladaq ki, yanvarın 18-də Pakistanın cənubunda yerləşən Karaçi şəhərindəki "Gul Plaza" ticarət mərkəzində baş verən yanğın nəticəsində 14 nəfər ölüb, 20-dən çox şəxs xəsarət alıb.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar