"Səhhətimdə ciddi problem var. Ona görə də çox verilişdən imtina edirəm. Gələ bilmirəm".
Bakupost.az xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Günə uğurla" proqramında deyib. O bildirib ki, səhhətində yaranan problemlərə görə verilişlərə qatıla bilmir:
"Mənə həyat yoldaşım baxır. Övladlarımdan ummuram. Mənimlə işləri yoxdur. İmkanım olanda oğluma kömək edirəm".
Aktyor övladları ilə incikli olduğunu, danışmadığını əlavə edib.
Qeyd edək ki, R.Rəhmanov oğlu Emil və İlhamı itirib. Aktyor iki dəfə ailəli olub. Onun dörd övladı olub.