Ru
22:53 / 19 Yanvar 2026

Qalmaqallı görüntüləri yayılan məmur əri barəsində araşdırma başladıldı

Qalmaqallı görüntüləri yayılan məmur əri barəsində araşdırma başladıldı
Eye

Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazovun sosial şəbəkələrdəki qalmaqallı görüntüləri hüquq-mühafizə orqanlarını hərəkətə gətirib.

Bakupost.az demokrat.az-a istinadən xəbər verir ki, içkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Habil Eyvazov barəsində araşdırma başladılıb.


Belə ki, Habil Eyvazov bu gün Füzuli rayon polis şöbəsinə çağırılıb. Onun barəsində müvafiq izahat alınıb və hazırda əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar davam etdirilir.


Qeyd edək ki, içkili halda “TikTok”da canlı yayım açaraq dini, namazı lağlağıya qoyan Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini Gülbahar Eyvazovanın həyat yoldaşı Habil Eyvazov üzr istəyib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar