Ru
00:15 / 20 Yanvar 2026

Dəhşətli qəza törədən məmurla bağlı QƏRAR

Dəhşətli qəza törədən məmurla bağlı QƏRAR
Eye

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən M.Əliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bakupost.az Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd: Hadisə 30 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Saatlı-Sarıcalar-Səmədkənd avtomobil yolunun Saatlı rayonu Qıraqlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, M.Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə manevr edərək Musavir adlı şəxsin sürdüyü “VAZ-2107”yə çırpılıb. Nəticədə digər avtomobildə olan 1987-ci il təvəllüdlü Xalıq Ağayev ölüb, həyat yoldaşı və övladları isə xəsarət alıb.

Hadisədən sonra məmur qəzanın baş verdiyi yerdən qaçıb.

O, məhkəmədə dövlət qulluqçusu olduğunu, hadisədə günahının olmadığını deyərək bəraət istəyib.

X.Ağayevin həyat yoldaşı isə ağır qəzaya səbəb olan M.Əliyevi bağışlamadıqlarını deyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti qismən təmin olunub, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 6 il müddətinə azadlıqdan məhrumetmə hökmü dəyişdirilib və cəzası 5 il 3 aya endirilib.

Xatırlatma: Hadisədən sonra M.Əliyev nazirliyin regional idarəsində tutduğu vəzifədən azad edilib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar