Ru
09:45 / 20 Yanvar 2026

DİN sürücülərə XƏBƏRDARLIQ etdi

DİN sürücülərə XƏBƏRDARLIQ etdi
Eye

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi muxtar respublikada hökm sürən qarlı, şaxtalı və qeyri-sabit hava şəraiti ilə əlaqədar sürücü və piyadalara müraciət edib.


Bakupost.az xəbər verir ki, Nazirlin mətbuat xidməti bildirir ki, havanın qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, sürücülər mövsümi şinlərdən, zəncirlə təchiz olunmuş təkərlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Onlar sürət həddini seçərkən hava şəraitini və yolun vəziyyətini nəzərə almalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər. Avtomobili hərəkətə gətirərkən, sürəti artırıb-azaldarkən sürətlər qutusunun köməyindən, eləcə də yaxın vuran işıqlardan istifadə edilməli, hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanılması və onların aydın şəkildə görünməsi təmin olunmalıdır.

Yollarda sürüşmə ehtimalı nəzərə alınaraq piyadaların yolların hərəkət hissəsinə çıxmamaları, onlar üçün nəzərdə tutulmuş yerlərdən keçmələri, səkilərlə, yeraltı və yerüstü keçidlərlə hərəkət etmələri tövsiyə olunur.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar