Ru
12:31 / 21 May 2025

Azərbaycanda Rusiya təbliğatı aparan səhifələr bağlandı - FOTO

Azərbaycanda Rusiya təbliğatı aparan səhifələr bağlandı -  FOTO
Eye

Rusiya tərəfindən Facebook-un Azərbaycan seqmentində ölkəmizlə bağlı manipulyasiya məqsədli materiallar yayımlayan 2 səhifə Elektron Təhlükəsizlik Xidməti tərəfindən şikayət əsasında silinib.

Bakupost.az xəbər verir ki, həmin səhifələr “Azeri Time” və “Azeri Voice” adlanırdı.

Qeyd edək ki, Metanın daha əvvəl açıqladığı hesabata əsasən, bu tip səhifələr Rusiya tərəfindən yaradılır və bəzi ölkələr üçün yüksəkməbləğli reklamlara qoyulur.

Politoloq Elxan Şahinoğlu Bakupost.az -a açıqlamasında Rusiyanın Azərbaycana qarşı informasiya savaşına münasibət bildirib:

"Rusiya Azərbaycana qarşı bu işləri niyə həyata keçirir? Axı Azərbaycan Rusiyaya qarşı eyni fəaliyyəti həyata keçirmir. Çünki, biz düşünürük ki, Rusiya ilə müxtəlif məsələlərlə bağlı fikir ayrılığına baxmayaraq, münasibətləri daha da gərginləşdirməyək. Ancaq Rusiyada hesab edirlər ki, strateji tərəfdaş adlandırdıqları ölkəyə qarşı da informasiya savaşı aparmaq, ölkəmizdə “georgi lentləri” yaymaq məqsəduyğundur. Belə davam etdikcə, münasibətlərdə sualların sayı azalmayacaq. Ona görə də, “Rusiya Ukrayna ilə məsələni hər hansı yolla bitirdikdən sonra digər dövlətləri, o cümlədən qonşuları hədəf seçəcək” tezisi boş yerdə yaranmayıb. Rusiya Ukrayna məsələsini bitirmədən də Azərbaycana qarşı informasiya savaşı açıb".

Qeyd edək ki, səhifələrin bağlanması ilə bağlı ilk xəbəri Operativ Media yayıb.

Ayxan,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar