Ru
10:53 / 21 May 2025

Bakıda 44 yaşlı qadın qaçırıldı - VİDEO

Bakıda 44 yaşlı qadın qaçırıldı - VİDEO
Eye

Bakıda 44 yaşlı qadın qaçırılıb.

Bakupost.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə mayın 19-da Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.

Qadının zorla avtomobillə qaçırılması barədə sosial şəbəkədə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Keçirilən tədbirlərlə qadına zor tətbiq edərək qaçıran şəxs müəyyən olunub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanan cinayət işi üzrə əvvəllər məhkum olunmuş 39 yaşlı Azər Quliyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Araşdırmalar davam etdirilir.






Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar