Ru
09:41 / 21 May 2025

Qanunda dəyişiklik edildi - 6 ay şərti ləğv olunur

Qanunda dəyişiklik edildi - 6 ay şərti ləğv olunur
Eye

Azərbaycanda vərəsəlik hüququ ilə bağlı illərdir mövcud olan tələb faktiki olaraq ləğv edilir. Bu dəyişiklik Mülki Məcəlləyə təklif edilən layihədə əksini tapıb.

Bakupost.az-ın məlumatına görə, Hüquqşünas Asim Mirzəzadə Metbuat.az-a açıqlamasında bildirib ki, qeyd olunan yenilik Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına əsaslanır. Həmin qərarda Mülki Məcəllənin 1246, 1248.1 və 1268.2-ci maddələri birgə şərh olunub və nəticədə vərəsələrin mirasa iddia etməsi üçün qoyulmuş vaxt məhdudiyyəti aradan "Əvvəllər vərəsə 6 ay müddətində notariusa müraciət etməsə, onun mirasdan pay almaq hüququ itə bilərdi. İndi isə bu məhdudiyyət aradan qalxıb və vərəsələr istənilən vaxt mirasla bağlı müraciət edə bilərlər”, – hüquqşünas bildirib.

A.Mirzəzadə qeyd edib ki, vərəsəlik şəhadətnaməsinin alınması üçün vərəsələrin şəxsiyyət vəsiqələri, vəfat edən kəsin ölüm haqqında şəhadətnaməsi, ailə tərkibi haqqında arayış, miras əmlaka dair sənədlər tələb olunur.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar