Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılışında süni intellektlə yaradılan uşaqlıq görüntüsündən danışıb.
Bakupost.az bu barədə “Anadolu” agentliyinə istinadən xəbər verir.
“Albaniya çox maraqlı təqdimatla çıxış etdi. Sammitdə iştirak edən bütün liderlər, dövlət başçıları və Baş nazirlərin süni intellektlə hazırlanmış uşaqlıq fotolarını ekrana gətirdilər. Çox maraqlı idi”, - deyə Türkiyə lideri bildirib.