Ru
17:00 / 20 Avqust 2026

Hörmüz boğazında gizli neft əməliyyatı

Hörmüz boğazında gizli neft əməliyyatı
Eye

ABŞ ordusunun Hörmüz boğazında neft daşınmasını davam etdirmək üçün gizli nəqliyyat dəhlizi yaratdığı bildirilir.

“Bakupost” xəbər verir ki, ABŞ rəsmilərinin sözlərinə görə, son həftələrdə hər gecə 15-20 tanker boğazın cənub kanalından keçib.

Bu marşrutla gündəlik təxminən 10 milyon barrel neft daşındığı qeyd olunur.

Əməliyyat çərçivəsində boş tankerlərin Ərəb dənizindən Hörmüz boğazı vasitəsilə körfəzə daxil olaraq neft yükləməsinə də şərait yaradılır.

ABŞ rəsmiləri İranın boğazdakı dəniz müşahidə imkanlarının zəiflədiyini iddia ediblər.

Bildirilib ki, ABŞ Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri də bölgədə İranın raket və dronlarına qarşı patrul həyata keçirir.

Məlumata görə, bəzi gəmilər İranın hücumlarına məruz qalıb, lakin hücumların əhəmiyyətli hissəsi ABŞ qüvvələri tərəfindən dəf edilib.

ABŞ Prezidenti Donald Tramp isə Hörmüz boğazından böyük həcmdə neftin daşındığını bildirib.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar