Ru
11:47 / 11 Mart 2026

Hörmüz boğazında yük gəmisi yanır

Hörmüz boğazında yük gəmisi yanır
Eye

Hörmüz boğazında yük gəmisi naməlum mərmi ilə vurulub.

Bakupost.az İran İnternational-a istinadən xəbər verir ki, mərminin zərbəsindən sonra gəmidə yanğın baş verib.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi çərşənbə günü bildirib ki, insident nəticəsində gəminin göyərtəsində yanğın başlayıb və ekipaj üzvləri təxliyə edilib. Zərbədən sonra gəmi yardım siqnalı göndərib.

Agentlik qeyd edib ki, hadisə barədə məlumat Birləşmiş Ərəb Əmirliklərinin Ras əl-Xeymə şəhərindən təxminən 25 dəniz mili şimal-qərbdə qeydə alınıb.

Konteyner gəmisinin kapitanının sözlərinə görə, gəmi naməlum, lakin şübhəli mərminin zərbəsi nəticəsində zərər görüb.

Qeyd edək ki, hazırda zərərin həcmi araşdırılır. Bildirilir ki, bütün ekipaj üzvləri təhlükəsizdir.

Əsmər, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar