Ru
15:53 / 28 Noyabr 2021

İldönümündə toyu edilən şəhidimizlə bağlı yeni məlumatlar - FOTOLAR

Eye

Ötən gün yayılan toy görüntüləri birmənalı qarşılanmayan şəhidimizlə bağlı əlavə məlumatlar əldə etmişik.

Bakupost.az -ın xəbərinə görə, həmin şəxs İkinci Qarabağ müharibəsinin şəhidi kiçik çavuş Emin İsmayılov olub.

E.İsmayılov əslən Cəbrayıl rayonundan olsa da, mayın 21-i 2001-ci ildə Bakıda anadan olub. O, Nəsimi rayonunda 54 saylı tam orta məktəbin məzunu olub və həqiqi hərbi xidmətə yollanıb. Evin tək oğlu olub, 2020-ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, 2-ci Fəxri Xiyabanda dəfn edilib.

Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.

Şəhidlə bağlı keçirilən həmin mərasimdə idmançı Kamil Zeynallı da iştirak edib. Bu barədə o, özü sosial şəbəkə hesabında paylaşım edib:

"Anasının gözünün ağı-qarası bircə yeganə övladı şəhid İsmayılov Eminin bu gün torpağa tapşırıldığı gündü. Eminin nəşi Suqovuşanda 1 ay neytral zonada qalıb. 1 aydan sonra neytraldan çıxarılıb. Emin hərbiyə getməmişdən əvvəl avtoyumada işləyib. Ayağının altı düz idi və talassemiya daşıyıcısı olub. Lakin Vətənə olan sevgisinin qarşısını heç kim ala bilməyib, döyüşüb 19 yaşında qəhrəmancasına şəhid olub, anası da tək qaldı.

Allah rəhmət eləsin qardaşımıza, şəhidimizə, şəhidlərimizə..."

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar